Qadin.NET / İngiltərə yığmasının Braziliya qorxusu

İngiltərə yığmasının Braziliya qorxusu

 

İngiltərə yığma komandasının 2014-cü ildə Braziliyada baş tutacaq dünya çempionatına getməsində problem yaranıb. Qol.Az-ın "The Sun"a istinadən verdiyi məlumata görə, İngiltərə Hava Yolları ölkənin futbol millisini Braziliyaya aparacaq təyyarələrinin olmadığını deyib. Buna təəccüblənən İngiltərə Futbol Federasiyasının "Emirates" Hava Yollarından istifadə edəcəyi bildirilib. Qeyd edək ki, digər mənbələrdə İngiltərə Hava Yollarının 10 milyon funt-sterlinq əlavə pul xərcləmək istəmədiyi üçün yığmaya təyyarə vermədiyi iddia edilib.

Mənbə: Milli.Az

18 dekabr 2013
GO BACK