Bakıda daha bir yolda hərəkət məhdudlaşdı. Tbilisi prospektinin Abdulvahab Salamzadə küçəsi ilə kəsişməsindən 20 Yanvar dairəsi istiqamətində aparılan rəngləmə işləri ilə əlaqədar yolda nəqliyyat vasitələrinin hərəkəti müvəqqəti məhdudlaşdırılıb. Bu barədə Milli.Az-a Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzindən məlumat veriblər. Sürücülərə alternativ olaraq Ceyhun Səlimov küçəsindən və Həsən bəy Zərdabi prospektindən istifadə etmələri tövsiyə olunur.
Mənbə: Milli.Az