Qadin.NET / Hakan Şükür Türkiyə parlamentindəki digər vəzifəsini itirdi

Hakan Şükür Türkiyə parlamentindəki digər vəzifəsini itirdi

 

Türkiyənin hakim Ədalət və İnkişaf Partiyasından istefa verən millət vəkiliHakan Şükürün Türkiyə Böyük Millət Məclisindəki ( TBMM) Dopinq Araşdırma Komissiyasının mətbuat katibliyi vəzifəsinə də xitam verilib. Trend-in məlumatına görə, bu barədə Türkiyənin "Anadolu" agentliyi məlumat verib.Məlumata əsasən, bu qərar parlamentin daxili qanunvericiliyinə əsasən verilib.Qanunvericiliyə əsasən, TBMM-dəki Dopinq Araşdırma Komissiyasında hakim partiyadan 10, Cümhuriyyət Xalq Partiyasından (CHP) 4 , Milliyətçi Hərəkat Partiyasından (MHP) isə 2 millət vəkili olmalıdır.Dekabrın 16-sı axşam saatlarında sabiq futbolçu, millət vəkili Hakan Şükür Türkiyənin hakim Ədalət və İnkişaf Partiyasından istefa verib.Məlumata görə, istefaya səbəb hakim partiya tərəfindən özəl tədris kurslarının bağlanması siyasətinin yürüdülməsi olub.Məsələyə münasibət bildirən baş nazir Rəcəb Tayyib Ərdoğan Hakan Şükürü millət vəkilliyindən də istefa verməyə çağırıb.

Mənbə: Milli.Az

18 dekabr 2013
GO BACK