Türkiyədə hamı qanun qarşısında bərabərdir və korrupsiyaya qarşı mübarizə həmişə partiyanın ən mühüm vəzifələrdən biri olub. Trend Todayszaman qəzetinə istinadən bu barədə çərşənbə günü hakim Ədalət və İnkişaf Partiyası rəhbərinin müavini Hüseyn Çelik bildirib.Onun sözlərinə görə, partiya bundan sonra da korrupsiya probleminə böyük diqqət yetirəcək."Həqiqəti açmaq üçün mümkün olan hər şey ediləcək. Lakin unutmaq olmaz ki, məhkəmənin qərarına qədər şübhəli şəxsləri günahkar hesab etmək olmaz", - Çelik deyib.Bundan öncə bəyanatla çıxış edərək, İstanbul bələdiyyəsinin rəhbəri Hüseyn Avni bildirib ki, bir sıra iş adamları, qaçaqmalçılıq və narkotik maddələrin satışı ilə əlaqədar daxil olmuş şikayətlər əsasında polis bölməsinə dəvət olunub, onlardan bəziləri həbs olunub, bəziləri isə ifadə verdikdən sonra buraxılıblar.Saxlanılanlar arasında Türkiyə hakim partiyasının üzvləri olan bəzi nazirlərin övladları var.
Mənbə: Milli.Az