Qadin.NET / Elmar Məmmədyarov Albaniyanın xarici işlər nazirini qəbul edib

Elmar Məmmədyarov Albaniyanın xarici işlər nazirini qəbul edib

 

Cari ilin dekabrın 17-də Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov "Şahdəniz-2" layihəsi üzrə yekun investisiya qərarının imzalanması mərasimində iştirak etmək məqsədilə Azərbaycanda səfərdə olan Albaniyanın xarici işlər naziri Ditmir Buşatini qəbul edib.Trend-in XİN-in mətbuat xidmətinə istinadən verdiyi məlumata görə, nazir Elmar Məmmədyarov ölkəsinin ədalətli mövqeyini nümayiş etdirdiyinə və Azərbaycanın haqlı mövqeyini dəstəklədiyinə görə Albaniya xarici işlər naziri Ditmir Buşatiyə öz təşəkkürünü bildirib. Həmçinin nazir Elmar Məmmədyarov regionda sülhün və davamlı inkişafın təmin olunması üçün ilk növbədə Ermənistan silahlı qüvvələrinin işğal olunmuş ərazilərdən çıxarılmasının zəruri olduğunu diqqətə çatdırıb.Öz növbəsində albaniyalı nazir ölkəsinin Azərbaycanla münasibətlərin daha da inkişafında maraqlı olduğunu qeyd edib.Görüşdə Azərbaycanla Albaniyanın beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlığından məmnunluq ifadə olunub və tərəflər üçün maraq kəsb edən beynəlxalq və regional məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

Mənbə: Milli.Az

18 dekabr 2013
GO BACK