Qadin.NET / Azərbaycanda əlil "aldılar" deyir, icra hakimiyyəti isə...

Azərbaycanda əlil "aldılar" deyir, icra hakimiyyəti isə...

 

Ağstafa rayonunda yaşayan 2-ci qrupu əlil Milli.Az-dan kömək istədi. Rayon sakini olan Valeh Zeynalov məktubunda yazır ki, Ağstafa rayon İcra Hakimiyyətinin rəhbərli əlil ailənin hüquqlarını pozur:“1998-ci ildən Ağstafa şəhər Səməd Vurğun adına parkda 130 kv m. sahəsi olan çay evi və elektrik avadanlıqlarının satışı və təmiri mağazasına sahiblik etmişəm. Həmin obyekt Ağstafa rayon İcra Hakimiyyətinin 03.03.1998-ci il tarixli, 1027 в„–-li qərarı ilə alınıb. 2-ci qrup, oğlum isə 1-ci qrup əlildir. Həmin obyektin ərsəyə gəlməsi mənim üçün çox çətin olub, binanın inşası zamanı günlərlə ailəm ac qalıb. Yenicə ailəm üçün çörək pulu qazanmaq istəyən zaman ailəmdə böyük bir faciə baş verib, obyektim sökdürülür. Mənə məxsus yer isə başqasına verilir. Bu göstəriş 5 övladı olan ailəmin acından ölmək təhlükəsinə gətirib çıxarıb."Rayon rəhbərliyi isə guya narazılıq yaratmamaq üçün and verir ki, bu parkda bundan sonra heç bir obyekt tikilməyəcək, mənim üçün isə yaxşı bir yerdən yeni bina tikib verəcəyik. Bina tikildi, lakin mənə gizlin, gəliş-gedişi olmayan bir tərəfdə yer verildi. Bina bir neçə yerdən çat verərək, qəzalı vəziyyətə düşüb. Səməd Vurğun parkında olan mənim 130 kv metrlik köhnə yerim isə hazırda mənə deyil, başqasına verilib. Həmin obyektlə yanaşı, hazırda digər 5 obyekt də S.Vurğun adına parkda fəaliyyət göstərir. Bəs rayon rəhbərliyi deyirdi ki orada heç bir obyekt fəaliyyət göstərməyəcək. Gücünüz əliləmi çatdı? Bir neçə ildir ki, mənim ailəm ac qalıb və sıxıntı içərisində yaşayıram. Əlil, şikəst ailəyə toxunmaq, onun balalarını kiməsə möhtac qoymaq Allaha xoş getməz”, - deyə şikayətçi yazır.Rayon icra başçının birinci müavini Ramiz Tatarov Milli.Az-a açıqlamasında bildirdi ki, V.Zeynalovun şikayət etmədiyi yer qalmayıb. Məsələ isə ondan ibarətdir ki, onun S.Vurğun parkında xırda və yararsız bir obyekti vardı. Bir neçə ay əvvəl öz razılğı ilə həmin obyekt söküldü və əvəzində 15-20 dəfə böyük yer verildi.Müavinin sözlərinə görə, həmin obyekt tikilənə qədər, təxminən 7-8 ay  orta aylıq əməkhaqqı məbləğində onun ailəsinə hər ay pul ödənib: “Valehdən başqa bir nəçə nəfərin obyekti sökülüb. Çünki həmin ərazidə park salınırdı. Köməklik edib daha gözəl və böyük obyekt vermişik, bunu pislik sayırlar”.R.Tatarov Milli.Az-ın “əgər belə böyük və gözəl obyekt verirsinizsə, nəyə və niyə narazılıq edir?” sualını belə cavablandırdı: “Orada loto oyunu açmaq istəyir. Buna imkan vermirik. Qumarxana açmaq bütün ölkədə qadağandır”.

 

Azərbaycanda əlil "aldılar" deyir, icra hakimiyyəti isə...


Azərbaycanda əlil "aldılar" deyir, icra hakimiyyəti isə...
Mənbə: Milli.Az

18 dekabr 2013
GO BACK