Ermənistan Prezident Administrasiyasının rəhbəri Vigen Sarkisyan "Avropa inteqrasiyası-2013: Vilnüs sammitindən sonra Avropa Birliyi-Ermənistan münasibətlərinin perspektivləri" forumunda çıxış edərkən deyib: "Lissabondan Vladivostoka qədər azad ticarət zonasının yaradılması ideyası fikrimcə, mütləq həyata keçiriləcək".Bu ideya Rusiyanın hakimiyyət dairələrinə məxsusdur. Moskva bu minvalla postsovet ölkələrinin Rusiyaya məcburi inteqrasiyasına nail olmağa çalışır. Moskva Avrasiya Birliyini yaratmaqla postsovet imperiyası qurmaq, sonra da daha səbatlı və güclü mövqelərdən Avropa Birliyi ilə "bərabərhüquqlu" müqavilə bağlayaraq "Lissabondan Vladivostoka qədər azad ticarət zonası" yaratmağa can atır.Bəlkə Rusiya tam əksinə, postsovet imperiyasına, sabiq Sovetlər Birliyinin "xortdamasına" səy göstərmir və sadəcə, sözügedən məkandakı ölkələr arasındakı inteqrasiya meyllərinin güclənməsinə, qarşılıqlı əlaqələrin və əməkdaşlığın intensivləşdirilməsinə çalışır?Bəlkə Rusiya bu dövlətlər arasındakı gömrük sədlərinin aradan qaldırılması, Avropa Birliyinin analoqu təki qurum yaratmaqla rüsum və ödənişləri yox etmək, ticarəti daha da aktivləşdirmək, böyük əmək bazarı yaradaraq indi işsiz olanları gəlir və yaşam rifahı mənbələri ilə təmin etmək istəyir?Ən nəhayət, bəlkə Rusiya yeni birlik qurmaqla terrorizm, narkoticarət, traffikinq və bu kimi bəlaların səviyyəsini aşağı salmaq, insanların təhlükəsiz həyatının təminatının əsas prinsiplərindən olan demokratik cəmiyyət təsisatlarını gücləndirməyə səy göstərir?İnanmaq çox çətindir. Rusiya, gerçəkdən də, belə sistem yaratmaq istəyirsə, elə indi Avropa Birliyi ilə danışıqlara başlamalı idi. Fəqət Rusiya blef edir, möhkəmlənməyə və avropalılarla danışıqlarda daha çox "səs" qazanmağa çalışır.Bütün bu məsələlərdə Ermənistan faktiki olaraq Rusiyanı şəksiz, müticəsinə, sözsüz dəstəkləyir. İlk baxışdan absurddur: Ermənistan günü bu gün Rusiya olmadan Avropa Birliyinin azad ticarət zonasına daxil ola bilər. Fəqət prezident Serj Sarkisyanın başçılıq etdiyi rejim Rusiyanın MDB çərçivəsində qurmağa çalışdığı Avrasiya Birliyinə qoşulmağa can atır və yalnız bundan sonra "Lissabondan tutmuş, Vladivostoka qədər" azad ticarət zonasına qatıla biləcəyini bəyan edir.Yerevanın davranışı həm də ona görə absurddur ki, Avrasiya Birliyi idefiksi ilğımdır, puç xəyaldır.Rusiyanın neoimper səylərinin qarşısını almaq üçün Avropa Birliyi və ABŞ danışıqlara başlayıblar. Brüssellə Vaşinqtonun məqsədi Atlantika Azad Ticarət Zonasının yaradılmasıdır. Bu zonaya hətta Çin və İran da qatıla bilərlər.Sonucda Avrasiya Birliyi beynəlxalq inteqrasiya layihələrindən kənarda, geosiyasi bataqlıqda qala bilər.Bundan başqa, Qərbin Rusiyaya təzyiqləri artır, Moskvanın təcridinə yönəlmiş səylər güclənir. Son günlərdə bir neçə simptomatik hadisə baş verib.Avropa Birliyinin bir neçə dövləti Rusiyanın təbii qazını "köhnə qitə"yə çıxaran "Cənub axını" layihəsindən imtina edib, Soçi Olimpiadasının boykotu başlanıb, "Maqnitski siyahı"sının genişlənməsi sürətlənib və ən nəhayət, Ukrayna ilə Avropa Birliyi arasındakı danışıqlara Moskvanın müldaxilə etmək cəhdləri qətiyyətlə rədd edilib.Rusiyanın efemer layihələrində iştiraka vadar olunan Ermənistan da uğursuzluqlardan payını alacaq. İş heç də S.Sarkisyan rejiminin "Avropa Birliyi, yoxsa Gömrük Birliyi?" təki seçim qarşısında qalması deyil.İş ondadır ki, Rusiya və Avropa Birliyi arasındakı qarşıdurmada Yerevan sağ və ya yol tərəfi yox, üzüaşağı istiqaməti seçib.Erməniləri gələcəkdə nələr gözlədiyini düşünəndə onların hətta indiki vəziyyətdə qalmaları daha əfzəl variant təsiri bağışlayır.Ermənistanın üzdə olan politoloqlarından biri İqor Muradyan Ukraynada yaşanan hadisələri milli-azadlıq mübarizəsi adlandırır.
Gerçəkdən də, belədir: ukraynalılar suveren qərar vermək hüquqlarını bərpa etməyə, Rusiyanın diqtəsindən və pressinqdən qurtulmağa çalışırlar.Ermənilərin də belə şansları vardı, amma Yerevan suverenlik və müstəqilliyini Rusiyaya bütünlüklə peşkəşə üstünlük verdi.Dövlət ləyaqəti və millət şərəfi ilə birlikdə.Nədən ki, Ermənistan cəmiyyəti bitkin olmadığını hələ də əməli şəkildə sübut edə bilməyib. Özü də ermənilərin siyasi süstlüyü zəifliklər və ya nöqsanların konstantı yox, həm də mövcud nəticələrə nəzər salsaq, əsas məsələnin hələ də həllini tapmamasının səbəbidir.
Ermənilər özlərini suçlayıb biçarə və zəlil olduqlarını təkrarlamaq, Serj Sarkisyanın cinayətkar rejiminə qarşı mübarizənin mənasızlığını düşünüb ruhdan düşmək əvəzinə davranışlarını və əməllərini araşdırmalıdırlar.Ermənilər özlərindən soruşmalıdırlar ki, əcəba, nədən ukraynalıların bacardıqlarını onlar eldə bilmirlər.Söz yox, Yerevandakı müxalifət düşərgəsində belə cəhdlər, tədqiqat və təhlil istəkləri var. Cəhdlər az deyil, ancaq onların tam əksəriyyəti müxtəlif fobiyalar və sitayişlərin törəmələridir. Müxtəlif obyektiv və subyektiv qəliblərə ilişib qalmış şüurlar effektiv düşünə bilmirlər. Bütün bunlar cəmiyyətə çox pis təsir edir, müxalifət qüvvələrinin aralarındakı divarları dəlmək əvəzinə daha da möhkəmləndirib ucaldır, yeni sədlər yaradır.Mövcud hakimiyyətə müqavimətin təşkil olunması baxımından Ermənistandakı cəmiyyət sanki qapalı dairədədir və bu baxımdan ermənilər hakimiyyətə qarşı yox, özlərinə qarşı mübarizə aparırlar.Qapalı dairədən çıxmaq zamanı gəlib.Əks təqdirdə erməni cəmiyyəti başgicəllənmədən huşunu itirə bilər.
Mənbə: Milli.Az