Yuxarı Qarabağ: Xankəndi, Şuşa, Xocalı, həmçinin Xocavənd, Qubadlı, Zəngilan, Laçın, Kəlbəcər və Daşkəsən-Gədəbəy rayonlarında hava, əsasən, yağmursuz keçəcək. Gecə və səhər bəzi yerlərdə duman olacağı ehtimalı var. Gecə və səhər yollar buz bağlayacaq. Temperatur gecə 10-15° şaxta, gündüz 2° şaxtadan 3°-dək isti, bəzi yerlərdə 5° isti olacaq.
Qazax, Gəncə, Goranboy, Tərtər, Ağdam, Füzuli və Cəbrayıl rayonlarında havanın, əsasən, yağmursuz keçəcəyi, gecə və səhər bəzi yerlərdə duman olacağı ehtimal olunur. Temperaturun gecə 0-5° şaxta, gündüz 2-7° isti olacağı gözlənilir.
Balakən, Zaqatala, Qax, Şəki, Oğuz, Qəbələ, İsmayıllı, Ağsu, Şamaxı, Siyəzən, Şabran, Xızı, Quba, Xaçmaz və Qusar rayonlarında gündüz hava, əsasən, yağmursuz keçəcək. Arabir duman olacaq. Gecə və səhər yollar buz bağlayacaq. Temperaturun gecə 3-8° şaxta, gündüz 0-5° isti, dağlarda gecə 10-15° şaxta, yüksək dağlıq ərazilərdə gecə 18-23° şaxta, gündüz 0-5° şaxta olacağı gözlənilir.
Mərkəzi-Aran: Mingəçevir, Yevlax, Göyçay, Ağdaş, Kürdəmir, İmişli, Ağcabədi, Beyləqan, Sabirabad, Biləsuvar, Saatlı, Şirvan, Hacıqabul, Salyan və Neftçala rayonlarında hava, əsasən, yağmursuz keçəcək. Gecə və səhər bəzi yerlərdə duman olacaq. Temperaturun gecə 2° şaxtadan 3°-dək isti, gündüz 4-9° isti olacağı gözlənilir.
Masallı, Yardımlı, Lerik, Lənkəran və Astara rayonlarında gecə və səhər havanın yağıntılı olacağı, gündüz, əsasən, yağmursuz keçəcəyi gözlənilir. Dağlarda duman olacağı ehtimal olunur.Temperatur gecə 0-4° isti, gündüz 4-8° isti, dağlarda gecə 3-7° şaxta, gündüz 0-4° isti olacaq.
Mənbə: Milli.Az