Qadin.NET / Körpəniz mışıl-mışıl yatsın deyə...

Körpəniz mışıl-mışıl yatsın deyə...

 

“Bütün rahatlığımdan keçərəm, təki körpəm dinclik tapsın, mışıl-mışıl yatıb yuxusunu alsın”,- deyə səhər-axşam körpənizin keşiyindəsiniz. Bəli, ana üçün körpəsinin sağlamlığı, onun rahat yatması nəyə desən dəyər. Biz də sizə bəzi təkliflərlə dəstək olmaq istəyirik, əziz analar. Körpənin rahat yatması üçün onun, ilk növbədə, tox olması və gigiyenik təmizliyi çox əhəmiyyətlidir. Körpənin çarpayısı rahat və isti olmalıdır. Əgər o, çox yorulubsa, asanlıqla sakitləşməyəcək. Buna görə də yalnız əsnədikdə, gözlərini ovuşdurduqda, yaxud başını o tərəf-bu tərəfə çevirdikdə çarpayıya qoyun. Çarpayıya qoyarkən ağlasa, dərhal qucağa almayın və ən azı sakitləşməsini gözləyin. Əgər ağlamağa davam edirsə, yenidən qucağınıza götürün. Unutmayın ki, gün ərzində yaxşı yatmayan körpə gecə də narahat olur və çətin yatır. Çağaların qidalanma saatlarında, az da olsa, yatmasına şərait yaradın. 3 aylıq körpələr üçün yarım saat oyaq qalmaq kifayət qədər uzun müddətdir. 4 aylıq və daha böyük körpələr daha uzun müddət oyaq qala bilər, amma yenə də onun gündüz yaxşı yatmasına fikir vermək və bunun üçün mümkün qədər səssizliyə riayət etmək tövsiyə olunur.

 

Mənbə: Milli.Az
17 dekabr 2013
GO BACK