Qadin.NET / Rusiya Ukrayna üçün qazı ucuzlaşdırdı

Rusiya Ukrayna üçün qazı ucuzlaşdırdı

 

Rusiya "Qazprom"u və Ukrayna "Naftoqaz"ı Ukraynaya qaz nəqli sazişinə əlavələr barədə saziş bağlayıblar. Anspress Rusiya mətbuatına istinadən bildirir ki, yeni sazişə görə, qazın min kubmetrinin qiyməti 268,5 dollara qədər ucuzlaşdırılıb. Rusiya prezidenti Vladimir Putin Ukrayna lideri Viktor Yanukoviç ilə görüşdən sonra bildirib ki, hazırda Ukrayna qazı 400 dollara alınır.

 

Mənbə: Milli.Az

17 dekabr 2013
GO BACK