Avropada "2014-cü ilin avtomobili" müsabiqəsinin münsiflər heyəti bu yarışda qələbəyə iddiaçı olan yeddi modelin adlarının daxil edildiyi "qısa siyahını" dərc edib. Bu siyahıya Avropada satışları bu il yayın sonlarında başlamış Amerika elektrokarı Tesla Model S də var. Milli.Az 4charx.com-a istinadən bildirir ki, qalib gələn ilin martında Cenevrə motorşousunda elan ediləcək.
Birinci yerə iddiaçıların tam siyahısı belədir:
BMW i3
Citroen C4 Picasso
Mazda3
Mercedes-Benz S-Class
Peugeot 308
Skoda Octavia
Tesla Model S.
Mənbə: Milli.Az