Qadin.NET / Ərdoğan Hakan Şükürü millət vəkilliyindən istefa verməyə çağırdı

Ərdoğan Hakan Şükürü millət vəkilliyindən istefa verməyə çağırdı

 

Türkiyənin Baş naziri Rəcəb Tayyib Ərdoğan Hakan Şükürü millət vəkilliyindən istefa verməyə çağırıb. Bu barədə Trend "TRT Haber" telekanalına istinadən məlumat verir. Baş nazir qeyd edib ki, H.Şükürün hakim partiyadan istefa verməsi ona yaraşmayan hərəkətdir, lakin Türkiyədə hər kəsin öz fikrini sərbəst ifadə etmək haqqı var. R.T.Ərdoğan bildirib ki, əgər H.Şükür atdığı addımda səmimidirsə, millət vəkilliyindən də istefa verə bilər. Qeyd edək ki, dünən axşam saatlarında sabiq futbolçu, millət vəkili Hakan Şükür Türkiyənin hakim Ədalət və İnkişaf Partiyasından istefa verib. Məlumata görə, istefaya səbəb hakim partiya tərəfindən özəl tədris kurslarının bağlanması siyasətinin yürüdülməsi olub.

 

Mənbə: Milli.Az

17 dekabr 2013
GO BACK