Milli Məclis tərəfindən sərxoş sürücülərə qarşı cəzaların sərtləşdirilməsi nəzərdə tutulur. Millət vəkili Rəfael Cəbrayılov baş verən qəzaların sayının azaldılması üçün belə sürücülərə qarşı cəzaların sərtləşdirilməsini vacib amil kimi vurğulayıb. Anspress xəbər verir ki, hazırda sərxoş sürücülərə qarşı cəzalar sərt olsa da, hələ ki, baş verən qəzaların sayını azaltmaq mümkün olmayıb. Millət vəkili elə buna görə də sərxoş vəziyyətdə avtomobili idarə edən sürücüləri 300 manat cərimə yox, birbaşa sürücülük hüququndan məhrum etməyin vacib olduğunu deyir: “Biz cəzaları o qədər sərtləşdirdik, amma hələ ki, heç bir nəticəsini görmürük”.Belə bir təklifin qəbul edilməsini heç də hamı birmənalı qarşılamır. Bununla razı olanlar da var, olmayanlar da. Bu il ərzində sərxoş sürücülərin iştirakı ilə 72 yol-nəqliyyat hadisəsi baş verib ki, nəticədə 29 nəfər dünyasını dəyişib, 88 nəfər isə xəsarət alıb.
Mənbə: Milli.Az