Qadin.NET / Nigar Rəfibəyli anıldı

Nigar Rəfibəyli anıldı

 

Nigar Rəfibəyli anıldı
Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrı - ASSİTEJ-Azərbaycan Milli Mərkəzinin kollektiv üzvü olan Azərbaycan Siyasi-İctimai Universitetində xalq şairi Nigar Rəfibəylinin 100 illiyinə həsr olunmuş ədəbi-musiqili təqdbir keçirilib. Teatrın mətbuat xidmətindən Milli.Az-a verilən məlumata görə, Dünya Azərbaycanlıları Mədəniyət Mərkəzinin “Bura Vətəndir” məclisinin “Zirvədəki şəxsiyyətlər” layihəsi əsasında həyata keçirilmiş tədbirin açılışında Nigar Rəfibəylinin sözlərinə xalq artisti Emin Sabitoğlunun bəstələdiyi “Ala gözlüm” mahnısı səsləndirilib. Tədbiri giriş sözü ilə açan Universitetin rektoru, İqtisad elmləri doktoru, professor, Türk Dünyası Araşdırmaları Beynəlxalq Elmlər Akademiyasının həqiqi üzvü, Almaniyada Təbiət elmləri Akademiyasının akademiki, Dünya Azərbaycanlıları Mədəniyyət Mərkəzinin vitse-prezidenti, ASSİTEJ-Azərbaycan Milli Mərkəzinin İdarə Heyətinin üzvü Rasim Nəbiyev vətənə bağlılıq, mənəvi ucalıq və yurdun gözəlliklərinin tərənnümü yaradıcılığının əsas və aparıcı ideyası olan Nigar Rəfibəyli poeziyasından danışıb. Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının baş redaktoru, əməkdar mədəniyyət işçisi, Dünya Azərbaycanlıları Mədəniyyət Mərkəzinin vitse-prezidenti, “Bura Vətəndir” məclisinin sədri Səriyyə İsmayılova qonaqları tədbir iştirakçılarına təqdim etdi. N.Rəfibəylinin həyat və yaradıcılığına həsr olunmuş məruzə ilə çıxış edən Univeristetin tədris işləri üzrə prorektoru, filologiya elmləri doktoru, professorİfrat Əliyeva N.Rəfibəyli yaradıcılığını təhlil edib. Univerisitetin tələbələri Subiyə QuliyevaHəzi RəcəbliMehri İsmayılova,Vüsal Nəbiyev Nigar Rəfibəylinin şeirlərini oxuyublar. Daha sonra Azərbaycanın ictimai-siyasi, mədəni həyatında fəal iştirak edən, müasir poeziyamızın qadın şairləri Fəridə LəmanSalatın ƏhmədliNüşabə MəmmədliGüləmayıl İsayevaQiymət MəhərrəmliAidə Şirinova,Xədicə İskəndərliXatirə Rəhimli və universitetin dekanı, filologiya üzrə fəlsəfə doktoru, professor Oqtay Abbasov Azərbaycan ədəbiyyatında özünəməxsus yeri olan Nigar Rəfibəylinin yaradıcılığından danışıblar.

 

Mənbə: Milli.Az

17 dekabr 2013
GO BACK