Qadin.NET / Ön ötürməli BMW

Ön ötürməli BMW

 

İlk ön ötürməli BMW modeli rəsmi video çəkilişləri zamanı foto casusların öbyektivinə düşüb. Şəkillərdə maşın tamamilə örtüksüzdür. Milli.Az 4charx.com-a istinadən bildirir ki, əvvəllər 1-Series GT kimi tanınan yeni model indi 2-Series Active Tourer adı ilə təqdim edilir. Avtomobil 2014-cü ildə beş və yeddi nəfərlik versiyalarda seriya istehsalına buraxılacaq. Mercedes B-Class rəqibi yeni MINI əsasını təşkil edən UKL arxitekturasında yığılacaq və bir britaniyalı kimi 1,5-litrlik biturbo benzin və dizel mühərrikləri ilə təchiz ediləcək. Onun dünya premyerası yazda Cenevrə motorşousunda olmalıdır. Ön ötürmə BMW xəttinə 2017-ci ildə Sedan 1-Series qoşulacaq.

 

Mənbə: Milli.Az
17 dekabr 2013
GO BACK