Qadin.NET / Dağlar qoynunda unikal tryuk

Dağlar qoynunda unikal tryuk

 

Fransa Alplarındakı Monblan dağında unikal tryuk gerçəkləşdirilib. Fransız alpinist və ekstremal Jülyen Milo kanat yolundakı iki kabin arasındakı çəkilmiş trosa çıxaraq 59,7 metrlik məsafəni qət edib. O, 365,76 metr hündürlükdə idi. Milli.Az Daily Mail-ə istinadən bildirir ki, "Vanoise Express" kanat yolundakı bu tryuk Paradaski dağ-xizəkçilik kurortunda, La Plan dağının qarşısındakı "macəra"sını alpinist Milo "yeni sərgüzəşt" adlandırıb. Monblandakı Le Ark, Pese-Vallandri və La Planı birləşdirən "Vanoise Express" kanat yolu məşhur mühəndis Jan-Şarl de Kastelbajakın layihəsidir.

 

Mənbə: Milli.Az
17 dekabr 2013
GO BACK