Qadin.NET / Onlar dünyanın ən varlı tələbələridir?

Onlar dünyanın ən varlı tələbələridir?

 

Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) Dubay şəhərindəki Amerika Universitetində (American University of Dubai), deyəsən, dünyanın ən varlı tələbələri oxuyur. Milli.Az Daily Mail-ə istinadən bildirir ki, bu universitetin tələbəsi Meeka Naser hər səhər dərsə gələn tələbələrin arasındakı zənginlərin avtomobillərinin fotolarını çəkib. Rolls-Royce, Ferrari, Lamborghini Gallardo LP 570-4 Superleggera, Mercedes C63, Maserati, Aston Martin Vantage S, Range Rovers, Porsche Cayenne, Bentley Continental GT, Mercedes G Wagon, Audi R8 və s. kimi çox bahalı, lüks superkarların dayandığı universitet həyəti sanki nuvorişlərin toplandığı məkanın avtomobil dayanacağıdır. "Mən kanadalıyam və burada təhsil alıram. Avtomobilim Kanadada əla sayılardı, amma burada maşınıma kimsə iki dəfə baxmır. Çünki kasıb sayılıram. Çəkdiyim fotolar universitetin yalnız bir avtomobil dayanacağındadır. Başqa dayanacaqlarda bahalı maşınların sayı daha çoxdur", - Meeka Naser bildirib.

 

Mənbə: Milli.Az
17 dekabr 2013
GO BACK