Bu gün milli komandalarda ilin ən yaxşı futbolçularının mükafatlandırılması mərasimi keçirilib. Azerisport.az xəbər verir ki, bir neçə nominasiya üzrə mükafatlar təqdim olunub. Milli komandanın ən yaxşı futbolçusu adına Rəşad Sadıqov layiq görülüb. "Qarabağ"ın şərəfini qoruyan müdafiəçi bu mükafatı 2010-cu ildə də əldə etmişdi. Ən yaxşı qapıçı titulu isə Kamran Ağayevə verilib. "Bakı" klubunun qapıçısı artıq 4-cü dəfə eyni mükafatı qazanıb. 27 yaşlı əlcək sahibi 2009, 2011, 2012-ci illərdə də bu ada yiyələnib. "Xəzər Lənkəran"ın müdafiəsində top qovan Rasim Ramaldanov millidə ən çox oyun keçirən futbolçu mükafatını qazanıb. AFFA bundan başqa, futzal yığmamızda Vitali Borisovu, çimərlik futbolundaEmin Kürdovu, həmçinin qadınlardan ibarət yığmamızda Nigar Cəlillini 2013-cü ilin ən yaxşı futbolçusu seçib.
Mənbə: Milli.Az