Qadin.NET / Britaniyalı siyasətçi Azərbaycanı Qərbin ən etibarlı müttəfiqi və dostu hesab edir

Britaniyalı siyasətçi Azərbaycanı Qərbin ən etibarlı müttəfiqi və dostu hesab edir

 

"Avropanın enerji təhlükəsizliyi BP-nin dəstəklədiyi Transadriatik Qaz Kəmərindən (TAP) birbaşa faydalanacaqdır. Ümid edirəm ki, sözügedən layihə Azərbaycanın Avropa bazarını təchiz etmə imkanlarını daha da gücləndirəcək və ölkənin milli gəlirini artıracaqdır. Mən Azərbaycanı Qərbin ən etibarlı müttəfiqi və dostu qismində görürəm". Trend-in məlumatına görə, bunu Böyük Britaniya Parlamentinin üzvü, Liberal Demokrat Partiyasının Baş intizam nəzarətçisinin müavini, lord Dominik Addinqton Avropa Azərbaycan Cəmiyyətinin (TEAS) suallarını cavablandırarkən deyib.Deputat qeyd edib ki, Azərbaycan hökumətinin milli və dini azlıqlarla bağlı yürütdüyü siyasət alqışlanmalıdır: "Bu, sadəcə dözümlülük nümunəsi deyil, həmçinin Azərbaycanı hər kəsin yaşaması və işləməsi üçün gözəl bir yerə çevirməyin təqdirəlayiq yoludur".

Mənbə: Mili.Az

17 dekabr 2013
GO BACK