Qadin.NET / Moskvada hava limanı iflic oldu

Moskvada hava limanı iflic oldu

 

Moskvanın Şeremetyevo hava limanının fəaliyyəti tamamilə iflic olub. Milli.Az Rusiya mətbuatına istinadən bildirir ki, onlayn tablolarda uçuş vaxtları yazılmayıb. Bu, əsasən Mayami, Kalininqrad, Paris, Stokholm, Nijnevartovsk, Krasnodar və Londona uçacaq təyyarələrə aiddir. Misal üçün, Moskva-Cenevrə reysi artıq 55 dəqiqədir ki, gecikir. Ekipaj komandiri səsgücləndirici vasitəsi ilə deyib ki, Koreya təyyarəsi uçuş zolağını tutub. 

Mənbə: Milli.Az

17 dekabr 2013
GO BACK