Qadin.NET / Türkiyə şokdadır: bu səhər kimlər tutulmadı ki...

Türkiyə şokdadır: bu səhər kimlər tutulmadı ki...

 

Türkiyənin İstanbul Şəhər Baş Prokurorluğunun bu səhər saatlarında 18 müxtəlif ünvanda həyata keçirdiyi əməliyyatda bir sıra tanınmış şəxslər həbs olunub.Milli.Az AHT-yə istinadən bildirir ki, tutulanlar arasında Türkiyənin ən zəngin adamlarından biri, multimilyarder Əli Ağaoğlunun da olduğu bildirilir.Məşhur müğənni Ebru Gündeşin əri, azərbaycanlı milyarder Rza Zerrab da saxlanılıb.Əməliyyata Maliyyə və Mütəşəkkil Cinayətkarlıqla Mübarizə Şöbəsi rəhbərlik edir.

 

"Ağaoğlu Şirketler Grubu" açıqlama yayaraq Əli Ağaoğlunun tutulmadığı, saxlanmadığını, bu barədə az sonra müfəssəl məlumatlar veriləcəyini bildirib.Əməliyyat davam edir.Tutulanların sayı artıq 22 nəfərə çatıb. Onların arasında Türkiyənin ən məşhur dövlət banklarından birinin baş direktoru, İstanbulun Fatih rayonunun bələdiyyə sədri Mustafa Demir, 7 nazirin yaxın qohumları və ailə üzvləri də var.
Maliyyə Şöbəsi tərəfindən uzun zamandır davam edən hazırlıq işləri ardından kommunal dələduzluq və rüşvət əməliyyatı keçirilib.Milli.Az AHT-yə istinadən xəbər verir ki, səhər saatlarında yerli polisin düzənlədiyi əməliyyatda aralarında Ali Ağaoğlu və tanınmış müğənni Ebru Gündeşin əri Rza Zerrabla birlikdə 18 insan nəzarət altına alınıb. 
Mənbə: Milli.Az

 

 

17 dekabr 2013
GO BACK