Qadin.NET / "Şahdəniz"in işlənməsi üzrə müqavilənin müddəti 2048-ci ilə kimi uzadılır

"Şahdəniz"in işlənməsi üzrə müqavilənin müddəti 2048-ci ilə kimi uzadılır

 

ARDNŞ (Azərbaycan Respublikası Dövlət Neft Şirkəti) "Statoil" şirkətindən "Şahdəniz" və Cənubi Qafqaz boru kəmərində 6,7 faiz iştirak payı alıb. Trend-in məlumatına görə, bu barədə çərşənbə axşamı Britaniyanın BP şirkətindən verilən məlumatda deyilir.ARDNŞ "Statoil" şirkətindən Şahdəniz və Cənubi Qafqaz Boru Kəmərində 6,7%, BP isə 3,3% iştirak payı alıb. Hər iki əməliyyat 2014-cü ildə yerinə yetirilməsi gözlənilən şərtlərdən asılıdır. Bu gün imzalanmış sənəd çərçivəsində "Şahdəniz"in işlənməsi üzrə müqavilənin müddəti 2048-ci ilə kimi uzadılır. Trend-in məlumatına görə, SOCAR və BP-nin layihədə iştirak payı isə müvafiq olaraq, 16,7 və 28,8 faizə çatdırılır.

 

Mənbə: Milli.Az

17 dekabr 2013
GO BACK