Qadin.NET / Bayram oldu, heç bilmirəm neyləyim: Bakı bazarında qiymətlər

Bayram oldu, heç bilmirəm neyləyim: Bakı bazarında qiymətlər

 

Yeni ilə artıq 15 gün qalıb. Bayram yaxınlaşanda bir növ bazarlarda qiymətlərin artması adət halını alır.ANS əməkdaşları bayrama 15 gün qalmış bazarlardakı qiymətlərlə maraqlanıb.Almanın qiyməti 50 qəp - 2 manat arasında, ananas 3-4 manat, armud 2 manat 50 qəp., banan 2 man 30 qəp., xurma 1 manat, kivi 2 manat, heyva 50 qəp.-3 manat, üzüm 3 manat, nar 2 manat, yerkökü 1 manat, naringi - 1 manatdan başlayaraq 3 manata qədər idi.Tərəvəz məhsullarının da qiymətlərində xeyli artım müşahidə etmək mümkün idi. Pomidor 1 manat 50 qəp., xiyar 2 manat 50 qəp., kartof 1 manat 20 qəp., soğan 80 qəp. idi. Badımcanın qiyməti isə 2 manat-2 manat 50 qəpik arasında dəyişirdi. Satıcılar qiymət artımını məhsulları baha almaları ilə əlaqələndirdilər.Digər məhsullarda da artım vardı. Düyü bazarda 1 manat, şabalıd 4-5 manat, kişmişin qiyməti 3-6 manat, ərik qurusu isə 3-5 manat arasında dəyişirdi. Qozun qiyməti 3 manat, fındığın qiyməti isə 2 manat 50 qəpik idi.Elə alıcılar da bazardakı qiymətlərin baha olmasından şikayətlənirdilər.Ətin qiyməti isə həmişə olduğu kimi dəyişməz qalıb. Yəni qoyun əti 10 manat, mal əti isə 8 manat. Hər halda təqdim etdiyimiz qiymətlər hələ yeni ilə 15 gün qalmış apardığımız müşahidələrin nəticələri idi. Ayın sonuna qədər isə bu qiymətlərin bir az artması ehtimal edilir.

Mənbə: Milli.Az

17 dekabr 2013
GO BACK