Qadin.NET / Barak Obama: " Yaxşı ki, caynaqlarını evdə qoyubsan"

Barak Obama: " Yaxşı ki, caynaqlarını evdə qoyubsan"

 

ABŞ prezidenti Barak Obama xanımı Mişel, qızları Maliya və Saşa ilə birlikdə "Vaşinqtonda Milad" (Christmas in Washington) proqramına qatılıb.Milli.Az Daily Mail-ə istinadən bildirir ki, Birləşmiş Ştatlardakı Milli Uşaq Tibb Mərkəzinin (Children's National Medical Center) xeyrinə hər il təşkil olunan ənənəvi şou dekabrın 20-də TNT telekanalında nümayiş olunacaq.Şeril Krou, Hanna Kendrik, Ceynel Mone, Hyu Cekmen, "Backstreet Boys" və s. kimi şou-biznes ulduzlarının qatıldığı proqramda Barak Obama şounun aparıcısı Hyu Cekmenlə qarşılaşanda "X-Men" kinosaqasında baş rolda oynamış aktyora sataşıb.Kinosaqada "Wolverine" (Gəlincik) rolunu oynamış aktyora üz tutan ABŞ prezidenti deyib: "Hyu Cekmenə minnətdarlığımı bildirirəm ki, təhlükəsizliyimizin qeydinə qalıb və ülgüc kimi caynaqlarını evdə qoyub gəlib. Yəqin, belə caynaqlarla hədiyyələri bükmək çətindir. Amma onlar ət doğramağa əla yarayır".Daha sonra elf geyimində olan uşaqlar Obamalar ailəsinə yaxınlaşaraq birlikdə şəkil çəkdiriblər.Bu zaman uşaqların bəziləri dəcəllik edərək kamera qarşısında maraqlı pozalar alıblar."Əla, elflər! Siz Santaya kömək etdiniz, bizim üçün də hədiyyələr hazırladınız. Əla iş gördünüz", - Barak Obama gülərək söyləyib.
Barak Obama: " Yaxşı ki, caynaqlarını evdə qoyubsan"

Barak Obama: " Yaxşı ki, caynaqlarını evdə qoyubsan"

Mənbə: Milli.Az
17 dekabr 2013
GO BACK