Bakı küçələrində "çolaq" işıqforlar da var. Milli.Az xəbər verir ki, belə bir işıqforun fotosunu Day.Az saytına oxuculardan biri göndərib. Onun sözlərinə görə, qırıq işıqfor Badamdar qəsəbəsində, Əziz Nəzərov küçəsi ilə Badamdar şossesinin kəsişdiyi yerdədir. "Burada müşahidə kamerası da var. Müvafiq qurumların bu məsələ niyə gözünə dəyməyib?" Məsələyə adınlıq gətirmək üçün saytın əməkdaşı Bakı Şəhər Baş Dövlət Yol Polisi İdarəsi ilə əlaqə saxlayıb. İdarədən bildiriblər ki, işıqforun qırılması barədə məlumatsızdırlar və müvafiq tədbir görəcəklər.
Mənbə: Milli.Az