Milli.Az Kanal S-ə istinadən xəbər verir ki, Şamaxıya yağan qarın hündürlüyü 35 santımetrə çatıb. Bu da öz növbəsində yollarda nəqliyyatın hərəkətini çətinləşdirib. Bakı-Şamaxı yolunda qarı təmizləmək üçün Şamaxı və Qobustan yol idarəsinin işçiləri səfərbər olunublar. Bəzi dağ kəndləri ilə əlaqə kəsilib. Yolda qalan sürücülər yüklərini özləri daşımaq məcburiyyətində qalıblar. Şamaxının Muğanlı kəndi ilə Ağsu aşırımını birləşdirən yol sürücülərə çətin anlar yaşadıb.
Mənbə: Milli.Az