A.Quliyev Avropa Komissiyasının Bölməsini sıx əməkdaşlığa və vətəndaş cəmiyyətinin inkişafı, demokratiyanın, insan haqlarının qorunması, eləcə də vətəndaş cəmiyyətinin şəffaflığı naminə birgə layihələrin həyata keçirilməsinə çağırıb. O bu əməkdaşlıqla son nəticədə ortaq məqsədlərə nail olunmasına ümidvar olduğunu bildirib.A.Baqlio öz növbəsində bildirib ki, vətəndaş cəmiyyətinin Azərbaycanda, eləcə də regionda inkişafı və onun şəffaflığının təmin edilməsi Avropa İttifaqının prioritet istiqamətlərindəndir.Onun sözlərinə görə, 2012-2013-cü illərdə Avropa İttifaqı, əsasən, insan haqlarının qorunması, demokratiyanın gücləndirilməsi, ədliyyə sisteminin təkmilləşdirilməsi istiqamətdə müxtəlif layihələrin həyata keçirilməsinə təxminən 6 milyon avro vəsait xərcləyib.Sonda görüşdən məmnunluğunu ifadə edən A.Baqlio Azərbaycanla Avropa İttifaqı arasında vətəndaş cəmiyyəti sahəsində əməkdaşlığın davam etdiriləcəyinə ümidvar olduğunu bildirib.
Mənbə: Milli.Az