FIFA Xorvatiya millisinin futbolçusu Yaosip Şimuniçi 10 oyunluq cəzalandırıb. 35 yaşlı müdafiəçi gələn il Braziliyada keçiriləcək dünya çempionatında iştirak etməyəcək.Mİlli.Az dailysport-a istinadən xəbər verir ki, buna səbəb onun DÇ-2014-ün pley-off mərhələsində İslandiya ilə matçdan sonra azarkeşlərə Hitler salamı verməsidir.Şimuniç həmçinin 20 min avro məbləğində cərimələnib.
Mənbə: Milli.Az