Qadin.NET / В«Avropanın taleyi Ukraynadan asılıdırВ»

В«Avropanın taleyi Ukraynadan asılıdırВ»

 

В«Avropanın taleyi Ukraynadan asılıdırВ»

«Avropa qitəsinin taleyi Ukraynada baş verənlərdən asılıdır». Lent.Az-ın «seqodnya.ru»-ya istinadən məlumatına görə, «The Teleqraph» qəzeti bildirib ki, Britaniyanın xarici işlər naziri Uilyam Heyg belə hesab edir. «Ukrayna prezidenti Viktor Yanukoviçin Vilnüsdəki sammitdə Razılaşma ilə bağlı fəaliyyəti dayandırmaq qərarından məyus oldum. Bu ölkədə baş verənlər yalnız Ukrayna üçün deyil, bütövlükdə Avropa qitəsi üçün həyati vacib məsələdir. Ukrayna bölgədə, eləcə də dünyada təsirli potensial rola malik Avropa ölkəsidir». İngilis nazir ümid edib ki, Ukrayna hakimiyyəti «bütün hallarda fikrini dəyişərək, Avropa Birliyinə assosiasiya haqqında Razılaşmanı imzalayacaq» O, Ukraynanın AB ilə razılaşmanı imzaladıqdan sonra əldə edəcəyi üstünlükləri sadalayaraq, onu da qeyd edib ki, bu zaman Ukrayna 500 milyonluq istehlakçının bazarına daxil olmaq imkanı əldə edəcək. 

 

Mənbə: Lent.Az

17 dekabr 2013
GO BACK