Rusiyanın Qərbi Hərbi Dairəsi ərazisində «İskander» raket qurğusunun yerləşdirməsindən ABŞ rahatsız olduğunu bildirib. Lent.Az-ın «İTAR-TASS»-a istinadən məlumatına görə, bu haqda Dövlət Departamentinin təmsilçisi Mari Harf bəyanat verib. «Biz Rusiya hakimiyyətinin diqqətinə rahatsızlığımızı çatdırmışıq. Rusiyanı bu addımı atmamağa çağırdıq. Bildirdik ki, bu, bölgədə sabitliyi poza bilər»-deyə, M.Hafr söyləyib.
Mənbə: Lent.Az