“Qafqazinfo” xəbər verir ki, hadisə Şabranın Surra kəndində qeydə alınıb. Belə ki, axşam saatlarında baş vermiş vulkan püskürməsi sakinlərin təşvişinə səbəb olub. Nəticədə 1 saata yaxın güclü gurultu səsi qeydə alınıb. Uzunluğu 1 km, eni 500 metr olan püskürmə nəticəsində böyük qaya parçaları Şabran çayına yuvarlanıb. Onu da bildirək ki, hadisə Surra kənd sakini Zaur Zeynalovun evindən təxminən 200 metr aralıda baş verib. Şabran RİH-in başçısı Novruz Novruzov da hadisə yerinə baxış keçirib.
Mənbə: Milli.Az