"Azərbaycan Reyms şəhərinə bu səfər poeziya ilə qonaq gəldi" adlı məqaləFransanın Reyms şəhərində gündəlik nəşr olunan "L'Union" qəzetində "Azərbaycan Reyms şəhərinə bu səfər poeziya ilə qonaq gəldi" adlı məqalə dərc edilib.Azərbaycanın Fransadakı səfirliyindən -ə verTrendilən məlumata görə, məqalədə böyük Azərbaycan şairəsi Məhsəti Gəncəvinin yaradıcılığının 900 illiyi münasibətilə Heydər Əliyev Fondunun səfirliklə birgə Reyms şəhərində təşkil etdiyi silsilə tədbirlərdən geniş bəhs olunur.Məqalədə növbəti dəfə azərbaycanlıların Reyms şəhərinin qonağı olduğu, keçən ilin oktyabrında ölkəmizin mədəni dəyərləri ilə bağlı sərgi və konsertin təşkil edildiyi qeyd olunur. Bununla yanaşı vurğulanır ki, ABŞ, Almaniya, Böyük Britaniya, İtaliya, Mərakeş, Polşa, Çexiya, Avstriya, Konqo və Litvanın Reymslə əməkdaşlıq edən şəhərləri ilə yanaşı, Azərbaycanın Gəncə şəhəri də ilk dəfə Reymsdə təşkil edilən beynəlxalq sənətkarlıq bazarında fərqli qonaq qismində iştirak edir. Müəllif vurğulayır ki, Azərbaycanı bu tədbirdə Azərbaycanın ikinci böyük şəhəri - Gəncə şəhəri təmsil edir.Daha sonra qeyd edilir ki, Reyms şəhərinin mükəmməl To sarayında təşkil edilmiş Məhsəti Gəncəvinin həyat və yaradıcılığından bəhs edən sərgi reymslilər arasında böyük maraq doğurub.Azərbaycanın Fransadakı səfirliyinin müşaviri Elmar Məmmədovun fikirlərinə istinad edilən bu məqalədə Məhsəti Gəncəvinin 900 il bundan əvvəl Azərbaycanın qədim Gəncə şəhərində doğulduğu və bütün ömrünü bu şəhərdə yaşadığı, onun öz əsərlərində bəşəri hisslər, azadlıq, qadın hüquqları, kişilərlə qadınlar arasında bərabərlik və təmiz məhəbbət kimi ideyaları tərənnüm etdiyi vurğulanır.
Məqalədə, həmçinin Reyms Konservatoriyasında Azərbaycan incəsənət ustalarının iştirakı ilə Məhsəti Gəncəviyə həsr olunmuş konsertlə əlaqədar məlumat verilib.
Mənbə: Milli.Az