Qadin.NET / İşgüzar adamlar üçün həftəlik ulduz falı

İşgüzar adamlar üçün həftəlik ulduz falı

 

Milli.Az AzərTAc-a istinadən işgüzar adamlar üçün Britaniya ulduz falını (16-22 dekabr) təqdim edir.

QOÇLARA elə gəlir ki, hadisələr proqramlaşdırılmış ssenari üzrə cərəyan edir və bundan qurtulmaq mümkün deyildir. Buna görə də özlərini hadisələrin girovu hiss edirlər. Amma öz istədiyiniz kimi hərəkət etmək imkanı var. Bunun üçün inadkar, cəsarətli və təşəbbüskar olmalısınız. Nə olursa-olsun, soyuqqanlılığı itirməməli, hisslərinizi cilovlamalısınız.
BUĞALARIN məyusluğa qapılmaq üçün çox səbəbləri var. Mürəkkəb vəziyyətdə çətinliklərə sinə gəlmək üçün özünüzdə güc tapmalısınız. Unutmayın ki, çətinliklər yalnız öz gücünə və gələcəyinə inananların qarşısından geri çəkilir.
ƏKİZLƏR Yeni il bayram qabağı gözəl əhval-ruhiyyədədirlər. Amma ətrafınızdakı adamların ovqatı sizinki qədər xoş deyildir. Xoşbəxt olduğunuzu açıq-aydın nümayiş etdirməyin. Tərəfdaşlarınız sizi başa düşməyə bilərlər. Təmkinli olsanız, həmkarlarınızın birindən sizi maraqlandıran məlumatları əldə edəcəksiniz.
XƏRÇƏNGLƏR, bəzi insanların sözlərini ürəyinizə salmayın. Yadda saxlayın ki, insanların hərəkətlərinə çox vaxt öz əhval-ruhiyyələri təsir edir. Tərəf-müqabilinizin könlünü aça bilmirsinizsə, heç olmasa, qanını qaraltmayın.
ŞİRLƏR bu həftə sağlamlıq durumlarının qayğısına qalmalıdırlar. İşlərinizdə bir balaca fasilə yaranıb. Asudə vaxtınızı doğma və yaxınlarınızla birlikdə keçirin.
QIZLAR özlərini ələ almalıdırlar. Yaxşı bilirsiniz ki, tək əldən səs çıxmaz. Yaxınlarınızdan kömək istəyin. Axı, bəzən biznesdən başı çıxmayan adamlar da səmərəli ideya verirlər. Dostunuzla maraqlı söhbət müsbət emosiyalar doğuracaq, düzgün çıxış yolu tapmağınıza kömək edəcəkdir.
TƏRƏZİLƏR rəhbərliklə və vəzifəcə böyük olan adamlarla danışarkən çox diqqətli olmalıdırlar. Yaxşı bilirsiniz ki, bu söz ki, var, nə qədər ağzından çıxmayıb, sənindir, ağızdan ki çıxdı, qurtardı, olursan onun qulu. Yəni sözünüzün çəkisini bilin.
ƏQRƏBLƏR bu həftə şübhə doğuran yatırımlardan uzaq olmalıdırlar. Adət etdiyiniz şəkildə işləməyə davam edin. Yeni layihələr böyük ziyan gətirə bilər. İstirahət günləri qohumlarınızın əhatəsində yaxşıca istirahət etməlisiniz.
OXATANLARIN gəlhagəlidir. Hər tərəfdən dəstək görürlər, lakin bu fürsətdən sui-istifadə etmək olmaz. Qarşınızdakı imkanların bütün spektrini diqqətlə gözdən keçirin, lakin qərarlarınızı ləngitməyin. Onlar taleyüklü ola bilər.
OĞLAQLAR yeni qazanc yolları tapacaqlar. Maddi durumunuzun yaxşılaşması gələcəyə böyük inam hissi ilə baxmağa kömək edəcəkdir. Planlaşdırma işlərinə xüsusi diqqət yetirin. Mütləq uğur qazanacaqsınız.

 DOLÇALARIN planlarından hələ də baş açmaq mümkün deyil. Buna baxmayaraq, bir çoxu artıq həyata keçməyə başlayıb, dəyişikliklər də göz qabağındadır. Cəhdləriniz özünü tamamilə doğruldacaqdır. Yaxşı iş qurmaq üçün gələcək strategiyanız barədə düşünməlisiniz.

BALIQLARA sosial və işgüzar fəallıqları ruh yüksəkliyi bəxş edəcəkdir. Dost axtararkən bədahətən başa düşəcəksiniz ki, konkret bir insanla ümumi cəhətləriniz ilk baxışda göründüyündən qat-qat çoxdur. Elə bir dövrə qədəm qoyursunuz ki, həm fiziki, həm də maddi imkanlarınız genişlənəcək. Yaranmış fasilədən səmərəli istifadə etməlisiniz. 

Mənbə: Milli.Az

17 dekabr 2013
GO BACK