Qadin.NET / Hava haqqında - 17.12.2013

Hava haqqında - 17.12.2013

 

Milli.Az AzərTAc-a istinadən xəbər verir ki, Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, fasilələrlə yağıntılı olacağı, sulu qar yağacağı, günün ikinci yarısında tədricən kəsiləcəyi gözlənilir. Temperatur gecə 0-2° şaxta, gündüz 2-5° isti, Bakıda gecə 0-2° şaxta, gündüz 3-5° isti olacaq. Atmosfer təzyiqi normadan yüksək 778 millimetr civə sütunu, nisbi rütubət 85-95 faiz təşkil edəcək.
 Naxçıvan Muxtar Respublikasında hava, əsasən, yağmursuz keçəcək, axşam bəzi yerlərdə qar yağacaq, arabir duman olacaq. Temperaturun gecə 8-13° şaxta, bəzi yerlərdə 16°-dək şaxta, gündüz 3° şaxtadan 2°-dək isti olacağı gözlənilir.

Yuxarı Qarabağ: Xankəndi, Şuşa, Xocalı, həmçinin Xocavənd, Qubadlı, Zəngilan, Laçın, Kəlbəcər və Daşkəsən-Gədəbəy rayonlarında hava, əsasən, yağmursuz keçəcək. Axşam bəzi yerlərdə qar yağacağı, arabir duman olacağı ehtimalı var. Temperatur gecə 10-15° şaxta, gündüz 0-5° şaxta olacaq.
Qazax, Gəncə, Goranboy, Tərtər, Ağdam, Füzuli və Cəbrayıl rayonlarında hava, əsasən, yağmursuz keçəcək, lakin axşam bəzi yerlərdə az yağıntılı olacaq. Səhər saatlarında duman olacağı ehtimal olunur. Temperaturun gecə 0-5° şaxta, gündüz 2-7° isti olacağı gözlənilir.

Balakən, Zaqatala, Qax, Şəki, Oğuz, Qəbələ, İsmayıllı, Ağsu, Şamaxı, Siyəzən, Şabran, Xızı, Quba, Xaçmaz və Qusar rayonlarında arabir qar yağacaq, ayrı -ayrı yerlərdə duman olacaq. Temperaturun gecə 4-9° şaxta, gündüz 3° şaxtadan 2°-dək isti, dağlarda gecə 10-15° şaxta, yüksək dağlıq ərazilərdə 18-23° şaxta, gündüz 0-5° şaxta olacağı gözlənilir.
Mərkəzi-Aran: Mingəçevir, Yevlax, Göyçay, Ağdaş, Kürdəmir, İmişli, Ağcabədi, Beyləqan, Sabirabad, Biləsuvar, Saatlı, Şirvan, Hacıqabul, Salyan və Neftçala rayonlarında bəzi yerlərdə yağıntılı olacağı, sulu qar yağacağı, ayrı-ayrı yerlərdə duman olacağı gözlənilir. Temperaturun gecə 4° şaxtadan 1°-dək isti, gündüz 2-7° isti olacağı gözlənilir.
Masallı, Yardımlı, Lerik, Lənkəran və Astara rayonlarında havanın arabir yağıntılı olacağı, bəzi yerlərdə sulu qar, qar yağacağı ehtimalı var. Temperatur gecə 0-2° isti, gündüz 3-7° isti, dağlarda gecə 5-10° şaxta, gündüz 0-5° şaxta olacaq.
Tibbi-meteoroloji proqnozDekabrın 17-də Abşeron yarımadasında soyuq diskomfort şəraitin gözlənilməsinə baxmayaraq, havanın oksigenlə zəngin olması müsbət amildir. Dekabrın 18-19-da meteoroloji amillərin mülayim dəyişikliyi meteohəssas insanlar üçün nisbətən əlverişlidir. 

Mənbə: Milli.Az

17 dekabr 2013
GO BACK