Keçən il “Audi”-nın rəhbərləri alıcıların elektriklə işləyən superkara olan maraqlarının olmadığından qorxaraq “Audi R8 e-tron” layihəsini dondurdular. İndi isə mühəndislər, deyəsən, bir çox texniki problemləri həll ediblər ki, bu da ekoloji təmiz “R8”-in seriya istehsalını mümkün edib. Milli.Az Auto.az-a istinadən bildirir ki, tədqiqat departamentinin keçmiş rəhbəri Volfqanq Dürhaymer keçən ilin sonunda bildirmişdi ki, onu “Audi R8 e-tron”-da istifadə olunan akkumulyatorlar qane etmir. Guya onlar son alıcıya baha başa gələcək və bir doldurmada çox az məsafə təmin edəcəklər. Lakin Autocar portalının verdiyi məlumata görə “Audi” mühəndisləri hər iki problemin öhdəsindən gələ bildilər. Düzdür, hələlik bir rəqəmdən başqa heç nə məlum deyil. Autocar-ın “Audi”-də olan mənbələrindən aldığı məlumata görə superkarın məsafə uzunluğu 215-dən təxminən 400 km-ə qədər artıb. Məhz bu cəhət şirkətin rəhbərlərinə layihənin gələcək taleyini yenidən müzakirə etməyə imkan verib. Yəqin ki, artıq müsbət qərar qəbul edilib. Lakin “Audi R8”-in elektrik versiyasını tamaşaçı kütləsinə yalnız superkarın yeni nəsli bazara çıxanda göstərəcəklər. İlkin proqnozlara görə, bu gələn il baş verəcək. “Audi R8 e-tron”-nun ilk nümunələrinin hər biri 190 a.g.və 410 Nm fırlanma anı verən iki elektrik mühərrikləri ilə təchiz olunmuşdu. Onların birgə işi superkara 100 km/saata 4,2 saniyəyə sürətlənməyə imkan verirdi.
Mənbə: Milli.Az