Microsoft korporasiyası vəzifəsi internet istifadəçilərinə login və şifrəsiz identifikasiyanı yerinə yetirməyə imkan verəcək standartların hazırlanmasından ibarət olan FIDO Alliance konsorsiumuna daxil olub. Milli.Az bildirir ki, Microsoftun proqram təminatı yüz milyonlarla qurğuda quraşdırılıb. Korporasiya korporativ həllər bazarında, fərdi kompüter və noutbuklar seqmentində lider mövqeyə malikdir. Bundan başqa, üçüncü ən populyar əməliyyat sistemi korporasiyaya məxsusdur, - "FIDO Allianceın bəyanatında deyilir. Microsoft məhsul sahibləri müxtəlif növ identifikasiya üsullarından yararlanmaq, eləcə də login və şifrədən asılı olmamaq imkanı əldə edəcəklər, - bəyanatda qeyd olunur. FIDO Alliance 2013-cü ilin fevralında təsis edilib. FIDO (Fast IDentity Online) abreviaturası internetdə sürətli identifikasiya deməkdir. Konsorsiumun ilk yaradıcıları sırasında Agnitio, Infineon Technologies, Lenovo, Nok Nok Labs, PayPalvəValidity şirkətləri yer alsa da, sonradan onların sayı BlackBerry, Google, Master Card, NXP Semiconductors, LG Electronics və s. şirkətlərlə genişlənib. Alyansa ümumilikdə 44 şirkət daxildir. Alyans yaradıcıları səsin, barmaq izinin və ya üzün tanınması texnologiyasının xeyrinə login və şifrənin köməyi ilə identifikasiyadan imtina etməyi təklif ediblər. Təşəbbüs müəllifləri bildirirlər ki, mövcud identifikasiya üsulu artıq köhnəlib və lazımi səviyyədə mühafizəni təmin etmək iqtidarında deyil.
Mənbə: Milli.Az