The Daily Mail" nəşri yazır ki, dünyanın ən böyük sosial şəbəkəsi "Facebook"un yaradasağı alqoritm istifadəçilərə hədəflənən reklam göstəricilərinin təkmilləşdirilməsi üçün onlar haqqında ətraflı informasiya toplayacaq. Milli.Az ICTnews-a istinadən bildirir ki, nəşrin məlumatına görə, sosial şəbəkə hədəflənən reklam satışları üzrə yaxşı nəticələr əldə etmək üçün fotoşəkil, layk və istifadəçilərin ziyarət etdikləri məkanlar haqqında informasiya toplayacaq. Nəşr qeyd edir ki, sosial şəbəkə süni intellekti araşdırmaq üçün tədqiqat laboratoriyası yaratmaqdan ötrü Nyu-York universiteti ilə əməkdaşlığa başlayıb.
Mənbə: Milli.Az