Qadin.NET / Google robot şirkəti aldı

Google robot şirkəti aldı

 

The NewYork Times qəzeti yazır ki, Google korporasiyası aparıcı robot istehsalçılarından biri Boston Dynamics şirkətini satın alıb. Sazişin şərtləri açıqlanmayıb. Milli.Az ICTnews-a istinadən bildirir ki, Boston Dynamics öz LS3 robotu sayəsində populyarlıq qazanıb. Şirkət adıçəkilən robotu 2006-cı ildən Pentaqon üçün hazırlayır. Robot hərbçilər üçün yükdaşıyan rolunda çıxış edəcək: 180 kiloqram ağırlığında yükləri 32 kilometr məsafəyədək daşıyacaq. Bundan başqa, istehsalçının sərəncamında saatda 45 kilometr sürətlə hərəkət edən Cheetah robot gepardı və başqaları var. ABŞ şirkəti, həmçinin iki süni robot (Atlas və PETMAN) yaradıb: onlar qoruyucu kostyumların sınaqdan keçirilməsi üçün nəzərdə tutulub. Boston Dynamics – Googleun son 6 ayda robot texnikası sahəsi ilə bağlı satın aldığı səkkizinci şirkətdir. Dekabrın əvvəlində bildirilib ki, korporasiya robot texnikası sahəsində həllərlə məşğul olacaq bölmə yaradacaq. Bu bölməyə Android mobil platformasının yaradıcısı Endi Rubin başçılıq edəcək.

 

Mənbə: Milli.Az
16 dekabr 2013
GO BACK