Qadin.NET / Bu da Ferrari CascoRosso

Bu da Ferrari CascoRosso

 

Makedoniyalı dizayner Deyan Xristov hazırladığı “F12berlinetta” modelini tamaşaçılara təqdim etdi. Son on illərin oniki-silindrli “Ferrari” modellərinin – 512 BB, Testarossa, 550 Maranello, 575M Maranello, 599 GTB Fiorano və hazırki F12berlinetta – sırası artıq yenilənməlidir. Milli.Az Auto.az-a istinadən bildirir ki, lakin hələ italyanlar özləri də gələcək varisin xarici görünüşünü müəyyən etməyiblər. Markanın bütün dünyadan olan pərəstişkarları öz versiyalarını təqdim edirlər. Skopyedəki tətbiqi incəsənət məktəbinin məzunu Deyan Xristov öz işini “Ferrari CascoRosso” (Qırmızı Dəbilqə) adlandırıb. Keçmişin əfsanəsi, 1962-ci ilin “Ferrari 250 GTO”-su isə ona ilham verib. Müəllif öz avtomobilini hibrid güc qurğusu ilə görür. Dizaynerin portalında dərc etdiyi sketçlər istifadəçilərdən əsasən müsbət rəy alıb. Lakin onların arasında tənqid də az deyil: İstifadəçilər - “Əla! Son vaxtlar gördüyüm zavod istehsalı olmayan işlərdən daha yaxşı bir Ferrari! Bəzi yerləri zavod versiyasından da yaxşıdır. Bir az retro üslubu çatmır”, - yazırlar.

 

Mənbə: Milli.Az
16 dekabr 2013
GO BACK