Prezident İlham Əliyev “Kənd təsərrüfatı məhsulları istehsalçılarına müddətli vergi güzəştlərinin verilməsi haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə qanunu təsdiq edib. Qanuna əsasən, gələn il yanvarın 1-dən etibarən kənd təsərrüfatı məhsulları istehsalçılarına 5 il müddətinə müddətli vergi güzəştləri veriləcək. Bundan öncə isə bu müddət 3 il nəzərdə tutulurdu. Nazirlər Kabinetinə üç ay müddətində Azərbaycan Respublikası qanunlarının və prezidentin aktlarının “Kənd təsərrüfatı məhsulları istehsalçılarına müddətli vergi güzəştlərinin verilməsi haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə” qanununa uyğunlaşdırılması ilə bağlı təkliflərini hazırlayıb dövlət başçısına təqdim etmək tapşırılıb.
Mənbə: Lent.Az