Qadin.NET / Mark Sukerberqdən riyaziyyatçılara 3 milyon dollar

Mark Sukerberqdən riyaziyyatçılara 3 milyon dollar

 

Mail.Ru Group və DST fondunun yaradıcılarından biri Yuri Milner və Facebook sosial şəbəkəsinin rəhbəri Mark Sukerberq riyaziyyatçılar üçün 3 milyon dollar məbləğində Breakthrough Prize in Mathematics mükafatını təsis etmək niyyətində olduqlarını açıqlayıblar. Milli.Az ICTnews-a istinadən bildirir ki, bu, Y.Milnerin təsis etdiyi artıq üçüncü mükafatdır. Belə ki, 2011-ci ildə o, Google şirkətinin həmtəsisçisi Sergey Birin, Facebook rəhbəri M.Sukerberq və çinli iş adamı Cek Ma ilə birlikdə təbiət elmləri sahəsində nailiyyətlərə görə "Breakthrough Prizein Life Sciences adlı mükafatın əsasını qoyublar. 2012-ci ilin iyulunda Y.Milner fizika üzrə "Fundamental Physics Prize elmi mükafatının təsisçilərindən biri olub. İki mükafatın hər birinin məbləği 3 milyon dollar təşkil edir ki, bu da dünyanın ən nüfuzlu elmi mükafatı hesab edilən və məbləği 1,2 milyon dollar olan Nobel mükafatının məbləğini iki dəfə üstələyir.
Mənbə: Milli.Az

 

16 dekabr 2013
GO BACK