Qadin.NET / Kəmaləddin Heydərov FHN-in apardığı yoxlamalar barədə məlumat verib

Kəmaləddin Heydərov FHN-in apardığı yoxlamalar barədə məlumat verib

 

Fövqəladə hallar naziri, general-polkovnik Kəmaləddin HeydərovFövqəladə Hallar Nazirliyinin (FHN) müxtəlif sahələrdə həyata keçirdiyi yoxlamalar barədə məlumat verib. Trend xəbər verir ki, FHN-in yaradılmasının növbəti ildönümü və nazirlik işçilərinin peşə bayramı münasibətilə nazirliyin Mərkəzi Aparatında keçirilən kollegiya iclasında çıxış edən K.Heydərov qeyd edib ki, 2013-cü ilin 11 ayı ərzində neft və qazçıxarma sənayesində, maye və təbii qaz obyektlərində, qazan, qaldırıcı və energetika qurğularında, Yerin təkinin mühafizəsi və dağ-mədən nəzarəti sahələrində, metallurgiya, kimya, neft-kimya və neft-qaz emalı sənayesində, taxıl məhsulları müəssisələrində, təhlükə potensiallı sənaye avadanlıqlarının istehsalında və emal sənayesində, təhlükəli yüklərin avtonəqliyyat vasitələri və dəmiryol nəqliyyatı ilə daşınmasında, magistral boru kəmərlərində və digər bu kimi sahələrdə işlərin təhlükəsiz görülməsinə nəzarət məqsədilə 4143 müəssisədə 39 mindən artıq təhlükə potensiallı qurğu və avadanlıq üzrə texniki müayinələr keçirilib. Eyni zamanda, 7000 nəfərdən artıq fəhlə və mühəndis-texniki işçinin texniki təhlükəsizlik qaydaları üzrə bilikləri yoxlanılıb. Əhalinin və ətraf mühitin radiasiya təhlükəsizliyinin təmin edilməsi və ionlaşdırıcı şüalanma mənbələrinin fiziki mühafizəsinin təşkilinin yoxlanılması məqsədilə cari ildə 91 sənaye, elmi-tədqiqat və tibb müəssisəsində 176 nəzarət-yoxlama həyata keçirilib, aşkar olunmuş nöqsanların aradan qaldırılması istiqamətində görülən işlər nəzarətdə saxlanılıb. Radioaktiv mənbələrin idxal-ixrac əməliyyatları zamanı 36 müəssisədə 139 radioaktiv mənbənin dozimetrik nəzarəti həyata keçirilib. "İzotop" xüsusi kombinatı tərəfindən konteynerlərlə birlikdə çəkisi 4418 kq olan 267 ədəd radioaktiv mənbə müxtəlif ölkədaxili və şəhərdaxili marşrutlarla nəql edilib, ümumi çəkisi 51 kq olan radioaktiv tullantı və 148 ədəd radioaktiv mənbə uzunmüddətli saxlanmaq uçun qəbul edilib, ümumi çəkisi 1377 kq olan radioaktiv maddələrlə çirklənmiş xüsusi və fərdi mühafizə vasitələri dezaktivasiya olunub. 2013-cü ilin ötən dövrü ərzində fiziki və hüquqi şəxslərə məxsus 809 kiçik həcmli gəmi sənədinin qanunvericiliyin tələblərinə uyğunluğu yoxlanılıb və onlar dövlət qeydiyyatına alınıb, 1966 kiçik həcmli gəmi texniki baxışdan keçirilib. Nazirliyin Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyi tərəfindən tikintidə mövcud qanunvericiliyin tələblərinin təmin edilməsinə, tikinti obyektlərində təhlükəsizlik, tikinti norma və qaydalarına əməl olunmasına nəzarət sahəsində işlər davam etdirilib. İl ərzində 2750 obyektdə texniki baxış keçirilib, onlardan 1436 obyektə qüsurların aradan qaldırılması üçün tapşırıqlar verilib.

Mənbə: Milli.Az

 

16 dekabr 2013
GO BACK