Qadin.NET / Şahzadə üçün super avtomobil hazırlanıb

Şahzadə üçün super avtomobil hazırlanıb

 

Britaniya kraliçası 2-ci Yelizavetanın nəvəsi şahzadə Uilyam və onun xanımı, Kembric hersoginyası Ketrin Middlton üçün yeni lüks avtomobil hazırlanıb. Milli.Az Daily Mail-ə istinadən bildirir ki, şahzadə və onun xanımı bundan belə 250 min funt-sterlinq dəyərində Bentley avtomobilində də hərəkət edəcəklər. Flying Spur modelli Bentley şahzadə və xanımının rəsmi tədbirlərə qatılmaları üçündür. Gülləkeçirməyən, tam metal və kompozit zirehlə təmin edilmiş Bentley 320 km/saat sürətə malikdir. Avtomobilin yanacaq çənini benzinlə doldurmaq üçün 118 funt-sterlinq gərəkdir. 250 min funtluq Bentley şahzadə Uilyamın qarajındakı avtomobillərdən biri olmaqla yanaşı, dünyanın ən sürətli maşınları arasındadır. Maşının salonu çox dəbdəbəlidir. Bu Bentley-nin qoz və səndəl ağacı ilə bəzədilmiş salonunda Wi-Fi, masaj funksiyalı kreslolar var. Gülləkeçirməyən korpus və şüşələrə malik Bentley Flying Spur-un ağırlığı 3 tondur.

 

Mənbə: Milli.Az
16 dekabr 2013
GO BACK