“Əmlak Bazarı İştirakçıları” İctimai Birliyindən Milli.Az-a verilən məlumata görə, 2013-cü ilin noyabr ayında “Əmlak Bazarı İştirakçıları” İctimai Birliyinin monitorinq qrupu tərəfindən Bakı şəhərinin müxtəlif rayonları üzrə inşaat materialları bazarının əsas çəkisini təşkil edən 39 adda 92 növdə tikinti materialı üzrə növbəti araşdırılma aparılıb. Tikinti materialları bazarında ilin birinci rübündən başlayan qiymət azalması noyabrda da davam edib. Tikinti mövsümünün nisbətən bazar üçün xarakterik olan “soyuma” mərhələsinə keçməsi alıcı aktivliyinin azalmasına da təkan verib. Bazarın passivləşməsi fonunda qiymət azalmasının dərinləşməsi həm idxal və həm də ixrac materiallarında özünü göstərib. Ukrayna və Rusiyadan idxal edilən tikinti materialları arasında azalma, əsasən, dəmir məmulatlarında baş verib. Ötən ay tonu 800 manata satılan armaturun qiyməti noyabrda 1,25% azalaraq 790 manata çıxarılıb. Azalma dəmir boru, dəmir təbəqə, sinklənmiş dəmir və s. materiallar üçün də xarakterik olub. Yerli istehsalda da əsas qiymət azalması dəmir materiallarında qeydə alınıb. Alıcı qıtlığının azalması nəticəsində ilin sonunadək qiymətlərin bir qədər də düşəcəyi ehtimalı sahibkarlar tərəfindən istisna edilməyib.
Qiymət azalması ilə yadda qalan bəzi tikinti materialları aşağıdakı cədvəldə qeyd olunub:
Materialın adı | Ölçü vahidi | Miqdarı | Oktyabr 2013 | Qiymət fərqi (%) |
Noyabr
2013
|
|
1 | Armatur (Ukrayna) | ton | 1 | 800,00 | -1,25 | 790,00 |
2 | Künyə, 25 mm (Bakı) | metr | 1 | 0,92 | -1,09 | 0,91 |
3 | Şveller, 8 sm (Rusiya) | metr | 1 | 4,80 | -1,04 | 4,75 |
4 | Dəmir boru (Rusiya) | metr | 1 | 5,00 | -2,00 | 4,90 |
5 | Dəmir təbəqə, 2mm (Ukrayna) | ədəd | 1 | 21,00 | -4,76 | 20,00 |
6 | Sinklənmiş təbəqə, 1x1,7 mm (Qazaxıstan) | ədəd | 1 | 3,70 | -2,70 | 3,60 |
7 | Katinka, 6 mm (Rusiya) | ədəd | 1 | 0,16 | -6,25 | 0,15 |
8 | Mismar, 40 mm< (Bakı) | Kq | 1 | 1,50 | -13,33 | 1,30 |
2013-ci ilin noyabr ayında bazarda müşahidə edilən orta qiymət oktyabr ayı ilə müqayisədə 0,40% azalma təşkil edib. Ötən rübün müvafiq dövrünə nisbətdə bu fərq 0,9%, ötən illə müqayisədə isə 7,5% azalma ilə müşahidə edilib. İlin əvvəlindən bu yana baş verən qiymət azalması ümumilikdə 4,4 % həcmində qeydə alınıb. Araşdırılan məhsullar üzrə respublikamızda istehsal olunan məhsulların bazardakı həcmi, ötən ayla müqayisədə, idxal məhsullarını 1,09% üstələyərək 52,1% olub.
Mənbə: Milli.Az