Qadin.NET / Azərbaycanda orta məktəb dərsliklərinin hazırlanmasında yenilik

Azərbaycanda orta məktəb dərsliklərinin hazırlanmasında yenilik

 

Azərbaycanda ali məktəblər orta məktəb dərsliklərinin hazırlanması prosesində iştirak edəcəklər.Trend-in məlumatına görə, bunu jurnalistlərə Azərbaycanın təhsil naziriMikayıl Cabbarov deyib. Onun sözlərinə görə, bununla bağlı ali məktəb rəhbərləri ilə görüşdə də müzakirələr aparılıb. Nazir hesab edir ki, ali məktəblərin orta məktəb dəsliklərinin yazılması prosesinə cəlb olunması həmin təhsil müəssisləri üçün də maraqlıdır: "Ali təhsil müəssisələrinin müəllimləri dərsliklərin hazırlanmasında iştirak etməklə əlavə gəlir mənbəyi əldə etmiş olurlar. Bu tədris ili ərzində hazırlanan dərslikərdə ali təhsil müəssisələrinin daha fəal iştirakını görə biləcəyik". M.Cabbarov deyib ki, ali təhsil ocaqlarında olan elmi mütəxəssislərin dərslik hazırlanması prosesinə aktiv cəlb olunması qarşıda duran əsas məsələlərdən biridir. Nazir təəssüflə qeyd edib ki, bu gün dərslik müəlliflərinin siyahısına baxdıqda istədiyimiz yüksək bilik və bacarığa malik olan ali təhsil müəllimlərinin bu prosesin fəal iştirakçıları olmadığını görürük: "Burada sual ali təhsil ocaqlarına ünvanlamalıdır. Nəyə görə ali təhsil ocaqları öz elmi biliklərini bölüşmürlər?"

 

Mənbə: Milli.Az

16 dekabr 2013
GO BACK