Azərbaycanda bu tədris ilində dərs ilinin müddətinin artırılması ilə bağlı heç bir dəyişiklik olmayacaq. Trend-in məlumatına görə, bunu jurnalistlərə Azərbaycanın təhsil naziriMikayıl Cabbarov deyib. Onun sözlərinə görə, gələn tədris ilindən isə dərs ilinin müddətinin 2-3 həftə artırılacağı gözlənilir. M.Cabbarov dərs ilinin müddətinin artırılmasına zərurət yaradan səbəbləri də açıqlayıb: "İnkişaf etmiş bir çox ölkələrlə müqayisədə Azərbaycanda akademik il çox qısadır. Bu da şagirdlər üçün əlavə tədris yükü deməkdir. Ona görə də hesab edirik ki, növbəti tədris ilində dərs ilinin müddətinin uzadılması tədis prosesinin keyfiyyətinin artırılmasına yönələn addımlardan biridir".
Mənbə: Milli.Az