Qadin.NET / Azərbaycanın caz əfsanəsi

Azərbaycanın caz əfsanəsi

 

Bu gün məşhur azərbaycanlı bəstəkar, pianoçu və caz-muğamın banisi Vaqif Mustafazadənin ölümündən 34 il ötür. Milli.Az xəbər verir ki, orijinal ifaçılıq üslubuna malik olan Vaqif Mustafazadə Azərbaycan muğamlarını ənənəvi caz texnikası ilə birləşdirib muğam ilə cazın sintezini yaradıb. Vaqif Əziz oğlu Mustafazadə 16 mart 1940-cı ildə Bakı şəhərində, İçərişəhərdə anadan olub. 1963-cü ildə Asəf Zeynallı adına Bakı Musiqi Kollecini bitirib, Bakı Musiqi Akademiyasına daxil olub. 1964-cü ildən "Orero" ansamblına, "Qafqaz" caz üçlüyünə, "Leyli" və "Sevil" qadın vokal instrumental və "Muğam" instrumental ansambllarına rəhbərlik edib. Beynəlxalq caz müsabiqələri və festivallarının ("Tallin-66", "Tbilisi-78", Monte-Karlo) laureatı olub. Fortepiano və simfonik orkestr üçün konsertin, "Muğam" simfoniyasının (tamamlanmamış), bir sıra caz kompozisiyalarının və pyeslərin müəllifidir. O, 16 dekabr 1979-cu ildə Daşkənddə qastrol zamanı ürək tutmasından vəfat edib, Bakıda dəfn olunub.

Mənbə: Milli.Az

 

16 dekabr 2013
GO BACK