Qadin.NET / MDB dövlətləri Azərbaycandan seçki ilə bağlı nəyi öyrənəcəklər?

MDB dövlətləri Azərbaycandan seçki ilə bağlı nəyi öyrənəcəklər?

 

Bu barədə Trend-ə Bakıda səfərdə olan MDB Parlament Assambleyası Şurasının katibliyinin rəhbəri Aleksey Sergeyev məlumat verib.A.Sergeyev bildirib ki, bu gün Milli Məclisdə keçiriləcək seminarda Azərbaycanın seçki qanunvericiliyi, Mərkəzi Seçki Komissiyasının iş fəaliyyəti və digər məsələlər müzakirə ediləcək.Onun sözlərinə görə, iki gün davam edəcək seminarla bağlı razılıq hələ Azərbaycanda keçirilən prezident seçkilərindən öncə əldə edilmişdi: "Biz istəyirik ki, Azərbaycanın seçki qanunvericiliyi MDB-nin digər üzv dövlətlərində tətbiq edilsin. Ona görə də bu seminar maarifləndirici xarakter daşıyır".Seminarda MDB-nin 7 üzv dövlətinin nümayəndələri iştirak edir.Qeyd edək ki, seminardan öncə MDB nümayəndə heyəti Fəxri xiyabanda ümummilli lider Heydər Əliyevin məzarını ziyarət edib.

Mənbə: Milli.Az

16 dekabr 2013
GO BACK