Bakının Mətbuat prospektində bir neçə beşmərtəbə tamamilə sökülüb. Milli.AzDay.Az saytına istinadən bildirir ki, sökülən binalar köhnə tələbə yataqxanalarıdır. BDU-nun tələbə şəhərciyinin direktoru Rza Cabbarovun sözlərinə görə, kompleks 9 binadan ibarət idi. Onlardan 7-si beşmərtəbəli, 2-si isə 9-mərtəbəlidir. Onun sözlərinə görə, beşmərtəbəli binaların hamısı söküləcək. 9-mərtəbəli binalar isə saxlanılacaq. Bundan əvvəl də verilən məlumata görə, BDU-nun köhnə yataqxanalarının yerində yeniləri tikiləcək.
Mənbə: Milli.Az