Qadin.NET / Ərdoğan "soyqırımı" tanımağa hazırlaşır?

Ərdoğan "soyqırımı" tanımağa hazırlaşır?

 

Türkiyə parlamentindəki MHP deputat fraksiyasının sədr müavini Oqtay Vuralbəyan edib ki, Ərdoğanın partiyası ölkəyə 200 min erməni gətirib onlara torpaq vermək fikrindədir.Musavat.com-un Türkiyə mətbuatına istinadən verdiyi xəbərə görə, xarici işlər naziri Əhməd Davudoğlunun Yerevana səfərinə toxunan millət vəkili deyib ki, nazir Ermənistanda erməni kimi danışıb. “Türkiyə xalqının mövqeyini təqdim eləmək əvəzinə o, Türkiyə xalqının tarixini satır. Ədalət və İnkişaf Partiyası saxta erməni soyqırımını tanımağa hazırlaşır. Mənim fikrimcə, partiya 200 min ermənini gətirib onlara torpaq sahəsi vermək yönündə iş aparır”, - bildirib. Xatırladaq ki, İrəvana səfər öncəsi jurnalistlərə verdiyi açıqlamada Davudoğlu bildirmişdi ki, onlar (AKP) ermənilərin deportasiyasını yanlış və antiinsani addım hesab edirlər. 

Mənbə: Milli.Az

16 dekabr 2013
GO BACK